KANAL24.AZ
Az Iw En Ru

Moldova prezidentinin Azərbaycana rəsmi səfəri başlayıb - YENİLƏNİB

Moldova prezidenti İqor Dodonun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri başlayıb.

Bu barədə Moldovanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Nümayəndə heyətinə Moldova Sosialistlər Partiyasının sədri Zinaida Qreçanaya, Qaqauz Yeri başqanı İrina Vlax və digər şəxslər daxildir.

Səfər zamanı Moldova lideri Azərbaycan prezidenti İlham Əliyev, Baş nazir Artur Rəsizadə, Milli Məclisin sədri Oqtay Əsədovla görüşəcək, bir sıra digər görüşlər keçirəcək.

Səfər iyunun 23-də başa çatacaq.

---------

 

Moldova prezidenti İqor Dodon Azərbaycana səfər edir.

Kanal24  Trend-ə istinadən xəbər verir ki, Azərbaycana gələn nümayəndə heyətinin tərkibinə Sosialistlər partiyasının sədri Zinadia Qreçanıy və Qaqauz muxtariyyətinin başqanı İrina Vlax daxildir.

Səfər ərəfəsində prezident İ.Dodon qeyd etmişdi ki, Azərbaycan rəhbərliyi ilə bir çox vacib məsələlər müzakirə olunacaq.


01:05 22.06.2017
Xəbər lenti
Bütün xəbərlər