KANAL24.AZ
Az Iw En Ru

ATV-nin aparıcısı canlı yayımda ölüm xəbəri ilə sarsıldı - VİDEO

4 ay əvvəl atasını itirən tələbə Gülsüm canlı yayımda Esra Erolun hədiyyə etdiyi məzun paltarının sevincini yaşayarkən ölüm xəbəri alıb.

Haberler-ə istinadən xəbər veririk ki, Gülsümün xəyalı "Esra Erol"da reallaşıb. İki həftə əvvəl gənc qızlara qardirobunu açan Erol bu gün yayımda geydiyi paltarlardan birini də Gülsümə hədiyyə edib.

Gülsümün acı həyat hekayəsi isə hər kəsi göz yaşına boğub. Duyğu və düşüncələrini həyəcan içində izah edən Gülsüm atasının xəstəliyi ilə əlaqədar fizioterapiya ixtisası üzrə təhsil alıb. Tək istəyi isə atasını sağaltmaq olsa da, zaman buna icazə verməyib. Gülsüm 4 ay əvvəl atasını itirib. Bu gün atasının son istəyini "Esra Erol"da yerinə yetirib.

Məzuniyyət paltarı ilə atasının ən çox sevdiyi verilişdə xəyalını reallaşdırdığı anda əmisinin ölüm xəbərini alan Gülsüm studiyada və ekran başında əyləşənləri gözyaşlarına boğub.

Videonu izləmək üçün şəklə klikləyin:

Atv-nin aparıcısı canlı yayımda bu ölüm xəbəri ilə sarsıldı


15:15 17.06.2017
Xəbər lenti
Bütün xəbərlər