KANAL24.AZ
Az Iw En Ru

Zooparkda dəhşət: Antilopla zürafənin savaşı - VİDEO

Hollandiyanın Rotterdam şəhərindəki heyvanat parklarından birində qeydə alınan hadisə sosial mediyada geniş müzakirələrə səbəb olub.

İri buynuzlu antilopun qəflətən zürafəyə hücum etməsi ziyarətçiləri dəhşətə gətirib.

Buynuzlarını zürafəyə sancan antilop onu bir neçə saniyə içərisində yerə yıxıb. Zürafə qaçmağa çalışsa da, buna müvəffəq ola bilməyib.

Uzun sürən mübarizə zürafənin antilopdan qurtulub sürüyə qoşulması ilə bitib.

Ağrı içərisində dəqiqələrlə yerdə qalan zürafəyə rəhbərliyin yardım etməməsi ziyarətçilər tərəfindən kəskin tənqid olunub.

Həmin görüntüləri təqdim edirik:


23:39 16.06.2017
Xəbər lenti
Bütün xəbərlər