KANAL24.AZ
Az Iw En Ru

Ricət nə deməkdir?

Ricət ərəb dilində "qayıdış" deməkdir. Əsasən, cəfəri məzhəbinə aid olan bir çox hədislərə görə, dünyanın sonuna yaxın, qiyamətin qopmasından bir qədər əvvəl Allahın əmri ilə bəzi İslam müqəddəsləri və onların düşmənləri dirilib bu həyata qayıdacaqlar.

Müqəddəslər vaxtilə öz düşmənlərindən çəkdikləri zülm və əziyyətlərin intiqamını onlardan alacaqlar. Məsələn, İmam Hü-seyn (ə) öz qatillərini cəzalandıracaq. Ricət qiyamətdən əvvəl ilahi əda¬lətin kiçik miqyasda təntənəsi kimi  qəbul edilir. Ricət hadisəsinin İmam Mehdinin (ə) zühurundan sonra baş verəcəyini yazırlar. Cəfəri məzhəbinə aid kitablarda bəzi Quran ayələri də ricətin mümkünlüyünə və doğruluğuna sübut kimi gətirilir (məsələn, Nəml, 83; Bəqərə, 55-56, 243 və 259)


05:29 14.06.2017
Xəbər lenti
Bütün xəbərlər