KANAL24.AZ
Az Iw En Ru

Bir ayın gəlini nələr etdi… - Müəmma

Türkiyənin Sivas şəhərində 20 yaşlı gəlin Xədicə İşçi, 1 ay əvvəl qoşulub qaçdığı 35 yaşılı həyat yoldaşı Rəhmi İşçini yatarkən tapança ilə yaraladıqdan sonra eyni silahla intihar edib.

Hadisə səhər saatlarında baş verib.

Mahalda tunel inşaatında işləyən Rəhmi İşçi gecə növbəsindən kənddəki evinə gəlib. Qaçırıb evləndiyi həyat yoldaşı Xədicə İşçi naməlum səbəbdən evdəki tapança ilə yatan yoldaşına atəş açıb.

Xədicənin qonaq gəlmiş anası Asiya Arıçı silah səsi eşitdikdə otağa gəlib və kürəkənini qan içində görüb. O, “Qızım nə etdin” deyə qışqırıb. Daha sonra Xədicə tapançanı başına söykəyərək anasının gözü qarşısında intihar edib.

Gəlin hadisə yerində keçinsə də, həyat yoldaşı ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.


06:48 13.06.2017
Xəbər lenti
Bütün xəbərlər