KANAL24.AZ
Az Iw En Ru

Şəkidə avtomobil çaya aşdı - Xəsarət alan var - VİDEO

Şəki ərazisində yol qəza hadisəsi baş verib.

Kanal24  ARB Şəki-yə istinadla xəbər verir ki, hadisə zamanı Şəki sakini Həbillayev Tural Bəlyar oğlu idarə etdiyi 55-BU-586 dövlət nömrə nişanlı "VAZ-21015" markalı avtomobillə "20 Yanvar" küçəsi ilə hərəkətdə olarkən qəfildən idaretməni itirib və avtomobili Qurcana çayına aşırıb.

Hadisə zamanı avtomobildə olan sürücü və digər sərnişinlər xəsarət almasa da lakin bir sərnişin Əlixanova Leyla Vaqif qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxs dərhal boyun nayihəsinin qapalı travması diaqnozu ilə Şəki RMX-yə çatdırılıb.

Sürücünün sözlərinə görə hadisəyə səbəb onun qarşısına digər avtomobilin çıxması olub.

Faktla bağlı Şəki ŞRPŞ-də araşdırmalar aparılır. Hadisənin dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.

 

Videonu izləmək üçün şəklə klikləyin:

Şəkidə avtomobil çaya aşdı - xəsarət alan var


04:55 13.06.2017
Xəbər lenti
Bütün xəbərlər