KANAL24.AZ
Az Iw En Ru

30 il yaşayan hörümçək - Qabığını belə dəyişir - VİDEO

Yer üzündə ən nəhəng hörümçək növü Tarantula hesab olunur. Bu hörümçək öz görünüşü ilə hər kəsin təəccübünə səbəb olur. Nəhəng və vahiməli görünüşə sahib hörümçəklər əsasən Qayananın sıx meşələrində yaşayır.

Bu nəhəng həşaratlar təkcə öz görünüşləri ilə deyil, həm də hərəkətləri və yaşayış tərzləri ilə də fərqlənirlər. Əsasən tək yaşamağı sevən tarantulalar qarınlarına olduqca düşkün olurlar. Bu hörümçəklər həddən artıq ac olduqları zaman bir-birilərini də yeyə bilirlər.

Maraqlı məqamlardan biri də odur ki, tarantula növünə aid dişi hörümçəklər onlara göz qoyan erkək tarantulaları özlərinə yem edir. Bu növə daxil olan dişi hörümçəklərin ömrü daha uzundur. Onlar təxminən 30 ilə qədər yaşaya bilir. Təbiətdəki ən böyük düşmənləri yabanı arılar hesab olunan bu hörümçəklər müəyyən vaxtdan sonra qabıqlarını dəyişirlər.

Publika.az tarantulanın qabığını dəyişdiyi maraqlı görüntüləri təqdim edir:

 


15:30 10.06.2017