KANAL24.AZ
Az Iw En Ru

Baş prokuror ordumuzdakı casus şəbəkəsindən danışdı: "Onların ifşasında..."

“Cinayətkar casus şəbəkəsinin ifşasında Müdafiə Nazirliyinin rolu böyükdür”.

 Azərbaycanın Baş prokuroru Zakir Qaralov jurnalistlərə açıqlamasında bildirib.

Z.Qaralov deyib ki, bu cinayət işinin ətrafında Azərbaycan Ordusuna ləkə vurmaq istəyən qüvvələr, bəzi KİV-lər həqiqətə uyğun olmayan, dövlət təhlükəsizliyimizə xələl gətirən məlumatlar, məqalələr dərc etməkdədir:

“Artıq 6 KİV-ə Baş Prokurorluq tərəfindən rəsmi xəbərdarlıq edilib. Bütün KİV-i bu məlumatları işıqlandırmaqdan çəkinməyə çağırıram. Azərbaycan müharibə şəraitindədir, heç kəsin ixtiyarı yoxdur ki, Azərbaycan Ordusuna, onun hərbi qüdrətinə, qeyrətli övladlarımıza ləkə vursun. İstənilən hallar mövcud ola bilər, ancaq dövlətin qurumları bunun qarşısını alıb. Dövlətimizin hərbi qüdrəti üçün bu gün hər hansı təhlükə yoxdur”.


20:02 06.06.2017
Xəbər lenti
Bütün xəbərlər