KANAL24.AZ
Az Iw En Ru

Zakir Həsənov üçün xoş gün-58 yaş

6 iyun fəxrimiz,düşmənin qorxulu kabusu Zakir Həsənovun 58 yaşı tamam olur.

 

Zakir Həsənov 6 iyun 1959-cu ildə Astara rayonunda anadan olmuşdur. 1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirmiş, həmin ildən 1985-ci ilədək Almaniyada yerləşən Sovet Ordusu sıralarında xidmət etmişdir.

1985-ci ildən 1993-cü ilədək SSRİ Müdafiə Nazirliyinin Sibir Hərbi Dairəsinin Altay Hərbi Komissarlığında çalışmışdır. 1993-2003-cü illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsində xidmət etmiş, daha sonra Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinə irəli çəkilmişdir.

2003-2013-cü illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 17 may 2003-cü il tarixli 869 nömrəli Fərmanı ilə isə general-mayor, 6 may 2005-ci il tarixli 802 nömrəli Sərəncamı ilə general-leytenant ali xüsusi rütbəsi verilmişdir.

22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Müdafiə naziri təyin edilmiş və general-polkovnik rütbəsi verilmişdir.

Alman, ingilis, rus və türk dillərində sərbəst danışa bilir

 

Cənab generala Kanal24 internet televizyasi adindan tebrik edir uzun ömur can sagligi arzu edirik


06:58 06.06.2017
Xəbər lenti
Bütün xəbərlər