KANAL24.AZ
Az Iw En Ru

İlham Əliyev Krala məktub göndərdi

Prezident İlham Əliyev İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava təbrik məktubu göndərib.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
"Əlahəzrət,

İsveç Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost İsveç xalqına daim sülh və rifah arzulayıram", - təbrikdə qeyd edilir.


02:20 06.06.2017
Xəbər lenti
Bütün xəbərlər