KANAL24.AZ
Az Iw En Ru

Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əlaqələri ilə bağlı beynəlxalq konfrans keçirilir

İyunun 5-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə “Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əlaqələr: gələcəyə baxış” mövzusunda konfrans işə başlayıb.

 Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi -şöbə müdiri Novruz Məmmədov konfransda çıxış edərək Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlıq formatının öz töhfəsini verdiyini, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələrinin bu əməkdaşlığa misal olduğunu bildirib. Prezidentin köməkçisi qeyd edib ki, bu üçtərəfli əlaqələrin böyük perspektivləri var.

Türkiyənin Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzi sədrinin, Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunda Avropa İttifaqının araşdırmaları üzrə direktorunun, Siyasi, İqtisadi və Sosial Tədqiqatlar Fondunun rəhbərinin, Strateji və Beynəlxalq Araşdırmalar üzrə Gürcüstan Fondunun baş elmi işçisinin, Azərbaycandan, Türkiyədən və Gürcüstandan nüfuzlu ekspertlərin iştirak etdikləri tədbirdə üç strateji müttəfiq arasındakı əməkdaşlığın inkişafı, həmçinin üçtərəfli münasibətlər üçün təhlükəsizlik çağırışları, əlaqələrin təhlükəsizlik istiqaməti və qeyri-ənənəvi təhdidlərə qarşı mübarizə vasitələri mövzuları ətrafında müzakirələr aparılır.


18:53 05.06.2017
Xəbər lenti
Bütün xəbərlər