KANAL24.AZ
Az Iw En Ru

Piylənmə ilə mübarizədə son çarə - Şəkərə vergi qoyulsun

Finlandiyalı dietoloq bütün dünya ölkələrinin hökumətlərinə şəkər istehsalına xüsusi vergi tətbiq etməyi təklif edib.

Bu barədə BMJ jurnalında məqalə dərc olunub.Məqalədə qeyd olunur ki, dietoloq belə bir təklifi dünya sakinlərini daha çox meyvə- tərəvəz almağa məcbur etmək üçün irəli sürüb.“Bizə elə bir vergi siyasəti lazımdır ki, bu gün sağlamlığa olan bütün təhlükələri nəzərə alsın. Bütün ölkələrin hökumətləri diabet, koronar çatışmazlıq və hipertoniya ilə mübarizə aparmalıdır. Sağlam qidaya keçid üçün yaxşı olar ki, vergi şəkərlə bərabər yağ və duza da tətbiq olunsun”, -deyə Finlandiya Səhiyyə Nazirliyinin müşaviri Sirpa Sarlio-Letinkorva bildirib.Müşavir qeyd edir ki, bu tip vergi ilk növbədə sağlamlıq üçün yüksək risk kateqoriyasında olan məhsullara tətbiq olunmalıdır. Burada xüsusilə aztəminatlı əhali arasında populyarlıq qazanan ziyanlı məhsullar - qazlı içkilər, qənnadı məhsulları, quru səhər yeməkləri, qəlyanaltılar və digər qidalar nəzərədə tutulur.

Dietoloq hesab edir ki, bənzər təcrübəni gələcəkdə tərkibində şəkər olan bütün məhsullara aid etmək lazımdır. Belə olan halda istehsalçılar şəkərdən imtina etməli olacaqlar. Əvəzində isə sağlamlıq üçün daha az zərərli və daha az kalorili olan şəkərəvəzedicilərdən istifadə edəcəklər.Lakin, britaniyalı dietoloq Cek Uinkler finlandiyalı həmkarı ilə razılaşmır. Uinkler bu kimi vergiləri azeffektli hesab edir. Onun sözlərinə görə, şirin içkilərə tətbiq olunacaq 10% və ya 20% vergi bu tip içkilərin istehlakını cəmi bir neçə qurtum azaldacaq. Bu isə tibb və pəhriz baxımından əhəmiyyətsizdir.Uinkler sağlam qida istehsalçılarını öz məhsullarını ucuzlaşdırmağa və istehlakçı üçün şəkər tərkibli qidalardan daha əlçatan etməyə stimullaşdırmağı təklif edir. Bu eyni zamanda sağlam qida istehsal edən şirkətlərin satışlarının artmasına və dünyada piylənmə epidemiyasının artım sürətinin azaldılmasına imkan verəcək


07:26 05.06.2017