KANAL24.AZ
Az Iw En Ru

AzərTAc ilə bir sıra xarici ölkələrin xəbər agentlikləri arasında əməkdaşlığa dair sazişlər və Anlaşma Memorandumu imzalanıb

Kanal24 xəbər verir ki, 0ktyabrın 3-də IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) ilə Vyetnam Xəbər Agentliyi (VNA), Qazaxıstanın “Kazinform” Beynəlxalq İnformasiya Agentliyi, Malayziya Milli Xəbər Agentliyi (BERNAMA) arasında əməkdaşlıq haqqında sazişlər, Birləşmiş Ərəb Əmirlikləri İnformasiya Agentliyi (WAM) arasında isə əməkdaşlıq və informasiya mübadiləsi sahəsində Anlaşma Memorandumu imzalanıb.
Sənədləri AzərTAc-ın baş direktoru Aslan Aslanov, VNA-nın baş direktoru Nquyen Duk Loi, “Kazinform”un baş direktoru Dauren Diyarov, BERNAMA-nın baş direktoru Yonq So Heonq, WAM-ın baş direktoru Camal Nasser əl-Suvayder imzaladılar.
Sənədlərə əsasən, AzərTAc ilə bu agentliklər arasında xəbərlərin mübadiləsi həyata keçiriləcək, qazanılmış təcrübələrdən yararlanmaq üçün əməkdaşların qarşılıqlı səfərləri təşkil olunacaq.


19:50 03.10.2014
Xəbər lenti
Bütün xəbərlər