KANAL24.AZ
Az Iw En Ru

Antoniu Quterriş: “Yaşıl” iqtisadiyyata keçənlər uzaqgörənlik nümayiş etdirirlər

İqlim dəyişmələrini dayandırmaq qeyri-mümkündür, lakin qlobal istiləşməyə qarşı mübarizə hərəkatını da dayandırmaq artıq mümkün deyil. “Yaşıl” iqtisadiyyat gələcəyin iqtisadiyyatıdır.

BMT-nin Xəbərlər Mərkəzinə istinadla bildirir ki, BMT-nin baş katibi Antoniu Quterriş bu fikri Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Sammitdə söyləyib.

Antoniu Quterriş bütün ölkələrin hökumətlərini bəşəriyyətin salamat qalması naminə qəbul edilmiş İqlimə dair Paris Sazişində müəyyən olunmuş yolla irəliləməkdə davam etməyə çağırıb.

BMT-nin başçısı deyib: “Amerika cəmiyyətinə gəldikdə isə mən qəti əminəm ki, ştatlar, şəhərlər, biznes dairələri, vətəndaş cəmiyyəti bu sahədə fəaliyyətlərini davam etdirəcək və “yaşıl” iqtisadiyyata sərmayə qoyacaqlar, çünki bu, səmərəli iqtisadiyyatdır, gələcəyin iqtisadiyyatıdır.

A.Quterriş daha sonra deyib ki, Paris Sazişini yerinə yetirənlər uzaqgörənlik nümayiş etdirirlər. XXI əsr iqtisadiyyatında məhz onlar lider olacaqlar.


20:12 03.06.2017
Xəbər lenti
Bütün xəbərlər