KANAL24.AZ
Az Iw En Ru

Kukla Teatrının yaradıcı heyəti beynəlxalq festivala qatılacaq

İyunun 6-dan 10-dək Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı Qazaxıstanda keçiriləcək “Orteke“ V Beynəlxalq Kukla Teatrları Festivalında iştirak edəcək.

Teatrın mətbuat xidmətindən  teatrın direktoru Rəşad Əhmədzadənin rəhbərlik etdiyi heyət Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yola düşəcək.

İki ildən bir keçirilən festivalın təşkilində məqsəd müasir teatr meyillərinin öyrənilməsi və kukla sənətinin ayrı-ayrı qollarının təbliğ olunmasıdır.

Səfər “Azərbaycan Teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramında öz əksini tapan Azərbaycan teatr sənətinin inkişafı, dünya miqyasında layiqincə təmsil və təbliğ edilməsi məqsədilə reallaşacaq.

Kollektiv TÜRKSOY tərəfindən 2017-ci il üzrə türk dünyasının mədəniyyət paytaxtı elan olunan Türküstan və Şimkənd şəhərlərini əhatə edəcək teatr bayramında “Zəng” adlı mono-tamaşa ilə təmsil olunacaq.

Qeyd edək ki, tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru teatrın baş rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubovadır. Həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulan tamaşa ailədə valideynlərə olan münasibətdən bəhs edir. Tamaşa izləyicilərə valideynləri unutmamaq, onları diqqətdən kənarda saxlamamaq kimi müsbət keyfiyyətlər aşılayır.


20:02 03.06.2017
Xəbər lenti
Bütün xəbərlər