KANAL24.AZ
Az Iw En Ru

Səhrada DƏHŞƏT:44 nəfər susuzluqdan can verdi

Nigeriyanın şimalında yerləşən Səhra Çölündə maşınları xarab olan 44 köçkün içməyə su tapmadıqlarından səhrada can veriblər.
 
 
Məlumatı Beynəlxalq Qızıl Xaç təşkilatı yayıb. Təşkilatdan  BBC-yə bildirilib ki, köçkünlərdən 6 nəfər  qadın yeriyərək, Nigeriyanın ucqar bir kəndinə çıxa bilib. Həmin qadınlar müalicə olunurlar. Qadınlar bildiriblər ki, ölənlər arasında uşaqlar da var. Qızıl Xaç nümayəndəsi Laval Tahir hadisə yerinə hələlik heç kəsin getmədiyini bildirib. 
 
Keçən il də suzuzluqdan ölən 34 köçkünün meyidi Səhra Çölündə tapılmışdı. Həmin insanlar Nigeriyadan Liviyaya köç edirmişlər. 
 
Maşınlara sıx bir şəkildə mindirilən köçkünlər yer olmadığı üçün özləri ilə kifayət qədər su götürə bilmirlər. BBC-nin Nigeriyadakı müxbiri Martin Patience bildirir ki, köçkünlər yol boyunca müxtəlif hücumlara və təhdidlərə də məruz qalırlar. 

20:00 03.06.2017
Xəbər lenti
Bütün xəbərlər