KANAL24.AZ
Az Iw En Ru

Astarada vətəndaşlığı olmayan şəxslər üçün səyyar xidmətin imkanlarından 21 nəfər istifadə edib

Dövlət Miqrasiya Xidməti (DMX) Lənkəran regional miqrasiya idarəsinin xidməti ərazisinə aid olan Astarada əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün səyyar xidmət təşkil edib.

DMX-dən  regional miqrasiya idarəsindən nisbətən uzaqda yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin müraciətlərini asanlaşdırmaq, xidmət göstərilən kontingentin məmnunluğunu təmin etmək üçün təşkil olunmuş səyyar xidmətin imkanlarından 21 şəxs istifadə edib. Onlardan 12 nəfərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi, 1 nəfərə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı arayış verilib.

Səkkiz şəxsə isə DMX-nin funksiyalarına aid olan xidmətlərlə bağlı qanunvericiliklə tələb edilən sənədlərin siyahısı təqdim olunub.


19:45 03.06.2017
Xəbər lenti
Bütün xəbərlər