KANAL24.AZ
Az Iw En Ru

Ermənistanda hərbçilər arasında intihar və qətl halları rəsmi rəqəmlərdən dəfələrlə çoxdur

Ermənistanda daha bir hərbçi intihar edib. 1981-ci il təvəllüdlü David Xaçatryan işğalçı ölkənin Müdafiə Nazirliyinin tabeliyində olan “N” saylı hərbi hissənin anbarında asılmış vəziyyətdə tapılıb. Ermənistanın İstintaq Komitəsinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, hadisə yerindən məktub tapılıb.

Ermənistanda nəşr olunan “Lragir” qəzeti belə halların hərbi hissələrdə tez-tez baş verdiyini yazır. Son dörd ayda işğalçı ölkədə 13 hərbçinin intihar etdiyi deyilir. Bildirilir ki, bu faktlar mətbuata sızmasa heç kimin hərbi hissələrdəki vəziyyətdən xəbəri olmayacaq. Çünki bu ölkənin Müdafiə Nazirliyi ciddi cəhdlə belə halları cəmiyyətdən gizli saxlamağa çalışır. Hətta mətbuata hərbi hissələrdə baş verən intihar və qətllər haqqında yazmaq qadağası qoyulub.

Müstəqil ekspert Artun Saakyan cəmiyyəti ordudakı çatışmazlıqlara göz yummamağa çağırıb. QHT fəalları da hərbçilər arasında intihar və ölüm hallarının rəsmi rəqəmlərdən dəfələrlə çox olduğunu açıqlayıb. Məlumata görə, əksər hallarda hərbi hissə komandirləri ailələri aldadırlar. Ailələr oğullarının özünə qəsd etmələrinə inanmırlar. Hərbi komissarlıq əsgərlərin intihar etdiklərini desə də sonradan ortaya başqa faktlar çıxır. Əksər hallarda əsgərlərin yüksək rütbəli zabitlər tərəfindən öldürüldüyü məlum olur. Belə hallarla bağlı indiyədək heç bir hərbçi cinayət məsuliyyətinə cəlb edilməyib.


19:22 03.06.2017
Xəbər lenti
Bütün xəbərlər