KANAL24.AZ
Az Iw En Ru

Peru Konqresi Azərbaycanla bağlı sənəd qəbul etdi

Peru Respublika Konqresi tərəfindən 28 may – Respublika Günü münasibəti ilə Azərbaycana təbrik sənədi yekdilliklə qəbul edilib.

Sözügedən sənəd Azərbaycan-Peru dostluq qrupunun sədri konqresmen Dalmiro Felisiano Palomino Ortizin təşəbbüsü ilə Konqresin birinci vitse-prezidenti Rosa Maria Bartra Barriganın tərəfindən imzalanıb.

Sənəddə Azərbaycanın dünya tarixində ilk müsəlman demokratik respublika olduğunu, bu Respublikanın bütün vətəndaşlarının bərabər hüquqlarla təmin edildiyini, ölkəmizin tolerant çoxmillətli və multikultural olduğu qeyd edilir.

Həmçinin, iki ölkə arasında diplomatik əlaqələrin 1996-ci ildə qurulduğu xatırlanaraq Azərbaycanın Peru üçün mühüm tərəfdaş olduğu qeyd edilir.


17:31 02.06.2017
Xəbər lenti
Bütün xəbərlər