KANAL24.AZ
Az Iw En Ru

İş adamı və yoldaşının məhkəmə prosesindən: Ər-arvad həm də dayı oğlu-bibi qızı imişlər

Dünən Ağır Cinayətlər Məhkəməsondə iş adamı Barat Abdullayevin məhkəmə prosesi davam edib.
 
Dünən Bakı Ağır Cinayətlər Məh­kə­mə­sin­də iş adamı Barat Abdullayevin həyat yoldaşı Təyminə Şamil qızı Abdullayevaya qarşı qaldırılmış cinayət işinə baxılıb.
 
Xatırladaq ki, Təyminə Şamil qızı Abdullayeva Azərbaycan Res­pub­li­ka­s­ı­nın Cinayət Məcəlləsinin 320.1, 320.2, 178.3.2. və 315.2-ci maddələri ilə təqsirləndirilir.
 
Məhkəmə iclasını hakim Ramella Allahverdiyeva açaraq, Təyminə Şamil qızı Abdullayevaya qarşı şikayətçi qismində olan iş adamı Barat Əli oğlu Abdullayevə bir neçə suallar verib və özünü təqdim etməyi xahiş edib
 
Barat Abdullayev bildirdi ki, ali təhsillidir, hazırda M. İbrahimov küçəsi 18, mənzil 23-də yaşayır. Əvvəllər məhkum olunmayıb və hal-hazırda heç bir yerdə işləmir. Bu işə gəldikdə isə əvvəl verdiyi izahatını təsdiqləyərək şikayətçi olduğunu bildirib. B. Abdullayev sözünü bitirdikdən sonra hakim R. Allahverdiyeva şikayətçiyə sual vermək üçün sual vermək üçün sözü T. Abdillayevanın müdafiəçiləri Vasif İsrafilov və Janna Bağırovaya verib.
 
J. Bağırova Barat Abdullayevdən məsələ ilə əlaqədar ətraflı danışmasını xahiş edib.
 
Barat Abdullayev qeyd edib ki, T. Abdullayeva birgə mülkiyyətlərində olan mənzili (Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, ev 63, mənzil 33 ünvanında yerləşən yaşayış səahəsi 138 kv.m, yardımçı sahəsi 72.2 kv.metrdən ibarət ümumi sahəsi 211 kv.m. olan, dəyəri 890.000 manat təşkil edən 4 otaqlı) sonuncunun xəbəri olmadan, etibardan sui-istifadə etmə və aldatma yolu ilə satıb pulunu ələ keçirmək məqsədi ilə şəxsiyyət vəsiqəsini saxtalaşdıraraq, evli olduğu halda sənəddə “subay” qeyd etdirmiş, həmçinin, ona aid olan zinət əşyalarını (qolbağı, boyunbağı, üzük və s.) mənimsənildiyini bildirib və geri qaytarılmasını tələb edib.
 
J. Bağırova B. Abdullayevdən T. Abdullayeva ilə neçənci ildən etibarən evli olduğunu və bu illər ərzində T. Abdullayeva tərəfindən edilən bu cür və bənzər saxtakarlıqlarının şahidi olub-olmadığını soruşub. B. Abdullayev suallara cavab olaraq bildirib ki, o T. Abdullayeva ilə rəsmi nigaha 1990-ci ildə daxil olub, izdivacdan 14 yaşlı bir oğlu olduğunu, bu illər ərzində T. Abdullayevanın heç bir saxtakarlıqlarının şahidi olmadığını bildirib.
 
Vəkilin növbəti sualı belə olub:
 
-Belə olan halda  T. Abdullayevadan bu əməlləri niyə etdiyini, evin pulunu və qızılları hara və yaxud kimə xərclədiyini soruşdunuzmu?
 
-Soruşdum, lakin o mənə bildirdi ki, evi “Faktor Lizinq” MMC-nin adına lizinq müqaviləsi imzalayıb və 250.000 manat pulu əldə edərək Səkinə adlı bir xanıma verib ki, “gözəllik salonu” açsın. Ancaq hələ də nə xanımın, nə də ki pulların harada olduğunu bilmir”.
 
- T. Abdullayeva ilə  27 idir ki ailəlisiniz, bu illər ərzində həyat yoldaşınız haradasa işləyibmi, işləyibsə məvacibi nə qədər olub?.
 
-Xeyr, işləməyib. Bütün xərclərini mən ödəmişəm.
 
Bu sorğu-sualdan çıxardığı nəticəni J. Bağırova məhkəmə iştirakçılarına bildirib:
 
“Deməli, B. Abdullayev də təsdiqləyir ki, T. Abdullayeva evli olduğu müddətdə heç bir qazanc yeri olmayıb, digər evdar xanımlar kimi o da nə xərcləyibsə, B. Abdullayevlə birgə əldə etdikləri məvacibdən istifadə edib. Buradan da belə çıxır ki T. Abdullayeva heç bir saxtakarlıq etməyıb, çünki Azərbaycan Respublikasının Ailə Məcəlləsinə görə, birgə mülkdə ər və arvad eyni hüququ daşıyır və hər ikisi yararlana bilər. Yəni, həmin mülkü sata da bilər, girov da qoya bilər və s., bir sözlə, özləri bilərlər və heç kim buna müdaxilə edə bilməz...”
 
Əvvəlki prosesdə olduğu kimi, bu dəfə də Barat Abdullayevin nümayəndələri replikalar ataraq, qarşı tərəfin fikirlərini tez-tez kəsir, etirazlarını bildiriblər. Hakim Ramella Allahverdiyeva isə B. Abdullayevin nümayəndələrinin tələbini qəbul etməyib J. Bağırovanın suallara davam edə biləcəyini deyib.
 
J. Bağırova B. Abdullayevə müxtəlif suallar ünvanlayaraq, düzgün və dolğun cavab verməsini xahiş edib.
 
Maraqlıdır ki, zərərçəkmiş T. Abdullayevanın həyat yoldaşı olmaqdan savayı, həm də dayısı oğlu imiş. J. Bağırovanın “B. Abdullayevdən T. Abdullayevanın istintaqa cəlb edilərək tutulacağı təqdirdə, B. Abdullayevin əlinə nə keçəcəyinin, qohumluğa xələl gəlməyəcəkmi?” sualına B. Abdullayev cavab verməkdə çətinlik çəkib. Cavab isə B. Abdullayevin müdafiəçilərindən gəlib. Onların fikrincə, verilən sual və fikirlər cinayət prosessual qanunvericiliyə uyğun deyil və J. Bağırova şikayətçiyə psixoloji təsir göstərir. J. Bağırova isə öz növbəsində vəkilə etiraz edərək, heç bir psixoloji təsir etmədiyini, sadəcə B. Abdullayevə işin həm qanuni və həm də mənəvi tərəflərini izah etmək istədiyini  bildirib.
 
Daha sonra müdafiəçı tərəf  deyib ki, B. Abdullayev bir neçə mülkünü və eləcə də 7 mərtəbəli otelini T. Abdullayevanın adına rəsmiləşdirib. B. Abdullayevdən bunun səbəbini açıqlamasını xahiş ediblər.
 
B. Abdullayev həmin vaxtlar işlə əlaqədar olaraq, tez-tez Bakıda olmadığını və bu vəziyyətdə T. Abdullayevanın, eləcə də oğlunun mülklərindən rahat şəkildə istifadə etmək imkanlarını nəzərə alıb bu addımı atdığını deyib. Onu da qeyd edib ki, onlara həmin mülkdən yalnız istifadə etmək hüququ verib, heç nəyi T. Abdullayevaya bağışlamayıb.
 
Daha sona T. Abdillayevanın digər müdafiəçisi Vasif İsrafilov bir neçə suallar verib:
 
- Siz 27 illik birgə nigah dövründə neçə mülk əldə etmisiniz?
 
Qarşı tərəfin nümayəndələri bu suala etiraz etsə də, hakimlərdən biri etirazın əsassız olduğunu bildirərək, V. İsrafilovdan davam etməsini istəyib.
 
B. Abdullayevin cavabdan imtina etməsini görən vəkilin özü açıqlama verib. Qeyd edib ki, bu illər ərzində ər-arvadın arasında 14 əmlak və 54 hk. torpaq sahəsi olub ki, bu 14 mülkdən 2-si T. Abdullayevanın adına rəsmiləşdirilib.
 
Vəkil srafilovun suallarından biri də bu olub ki, siz şikayətinizdə qeyd etdiyiniz mülk ilk alındıqda kimin adına rəsmiləşdirilib və sonradan hansı adla T. Abdullayevanın adına keçirilib?
 
B. Abdullayev:
 
-Evi mən öz adıma almışam və sonradan Təyminənin adına keçirmişəm!
 
-Niyə və hansı adla, yəni çıxarışda nə qeyd olunub?! Çıxarışı, ümumiyyətlə sənədləri və qızılları harada saxlayırdınız? Bildirmisiniz ki, 890000 manat zərər dəyib, mümkünsə, bu zərəri açıqlayın.
 
 -Mənə həm maddi və həm də mənəvi zərər dəyib. Hazırda həmin mənzildən istidafə edə bilmirəm.
 
-Əgər istifadə edə bilmirdinizsə, niyə məhkəməyə bu barədə yox, məhz saxtalaşdırma barədə müraciət etmisiniz
 
J. Abdullayev suallardan yayınaraq, vəkili gərəksiz, yersiz, təkrar suallar verməkdə ittiham edib və hakimlərə məhkəmə zalını tərk etmək istədiyini bildirib.
 
Hakim R. Allahhverdiyeva şikayətçi B. Abdullayevin xahişini nəzərə alaraq, suallardan azad olunduğunu bildirib.
 
Daha sonra şahidlər Esmira Hüseynova (T.Abdullayevanın bacısı qızı) və T. Abdullayevanın qardaşı Araz dindirilib.
 
Şahidlərə T. Abdullayevanın məcburi surətdə tutularaq polis bölməsinə aparılması ilə əlaqədar bir neçə suallar verilib.
 
Hakimlərdən biri Təyminənin qardaşı Araz bəydən soruşub:
 
-Bacınızın bu illər ərzində ailəsində vəziyyət necə olub? Söz-söhbətlər, narazılıqlar baş veribmi və siz bu barədə bilmisinizmi, bilmisinizsə hansı tədbirləri görmüsünüz?
 
-Normal ailə həyatı olub. Söz-söhbətlər hər ailədə var. Amma mən heç vaxt bu ailədaxili məsələlərin heç birinə qarışmamışam.
 
Daha sonra hakim Ramella Allahverdiyeva prosesin iyunun 7-də davam edəcəyini bildirərək, məhkəmənin dünənki iclasını sonlandırıb.(Moderator.az)

15:41 02.06.2017
Xəbər lenti
Bütün xəbərlər