KANAL24.AZ
Az Iw En Ru

Ağızın qurumasının səbəbləri

Ağız quruluğu müxtəlif səbəblərlə meydana gələn və gündəlik həyata təsir edən əhəmiyyətli bir narahatlıqdır. Çox insanda müşahidə edilən bu problemin müalicəsi üçün əvvəlcə səbəbləri müəyyən edilməlidir:

Susuzluq: Bədənin ehtiyacı olan suyun miqdarı ödənmədikdə ağız quruluğuna səbəb olur. Bu səbəbdən də, gündəlik su ehtiyacı ödənməlidir.
Stress: Sinir sistemi ilə bilavasitə əlaqəli olan tüpürcəyin yaranması, təşviş və təlaş kimi hallarda ortadan yox olur. Nəticədə ağız quruluğu meydana çıxır.
Yanlış nəfəs alıb vermək: Əgər burundan nəfəs alıb vermək əvəzinə ağız yolunu istifadə edirsinizsə, xüsusilə gecələri olduqca intensiv şəkildə ağız quruluğuna səbəb olur.
Siqaret çəkmək: Siqaret istifadə edən şəxslərdən tez-tez ağız quruluğu ilə bağlı şikayətlər eşidilir.
Əməliyyat: Əməliyyatdan yenicə çıxmış xəstə bir müddət ağızda quruluq hiss edir.
Bəzi xəstəliklər: Alzheimer, diabet və qanazlığı kimi xəstəliklər ağız quruluğuna səbəb olur.


06:32 02.06.2017