KANAL24.AZ
Az Iw En Ru

Bulvarda özünü dənizə ataraq intihar etdi

Dənizkənarı Milli Parkda intihar hadisəsi olub.

 Fövqəladə Hallar Nazirliyinin saytının  verdiyi məlumata görə, Bakı şəhəri, Dənizkənarı Milli Park ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 2500 metr solda nəzarətsiz ərazidə) 1 nəfərin intihar məqsədi ilə özünü dənizə atması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib və şəxsiyyəti məlum olmayan vətəndaşın cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 


04:34 02.06.2017
Xəbər lenti
Bütün xəbərlər