KANAL24.AZ
Az Iw En Ru

İlham Əliyev Əfqanıstan Prezidentinə başsağlığı göndərdi

Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstan Prezidenti Əşrəf Qaniyə başsağlığı göndərib.

Başsağlığında deyilir:

"Hörmətli cənab Prezident, Kabil şəhərində törədilmiş güclü partlayış nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca sarsıtdı.

Biz bu dəhşətli terror aktından son dərəcə hiddətlənir, terrorizmə qarşı ən sərt şəkildə, qətiyyətlə və ardıcıl mübarizə aparılmasını zəruri və vacib hesab edirik.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Əfqanıstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!".


23:55 01.06.2017
Xəbər lenti
Bütün xəbərlər