KANAL24.AZ
Az Iw En Ru

Bakıda bina yanır - YENİLƏNDİ-VİDEO

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda fəaliyyət göstərməyən dördmərtəbəli tikilidə yanğın başverməsi barədə məlumat daxil olub.

 

Nazirliyin saytının  verdiyi xəbərə görə, Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. Əməliyyat davam edir. Əlavə məlumat veriləcək.

***

Bakıda istifadədə olmayan binada yanğın başlayıb.

 

Hadisə Nərimanov rayonunda, Elektron Hesablama Maşınları zavodunun arxasında hazırda istifadə edilməyən dörd mərtəbəli binada baş verib.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

 

 

21:03 01.06.2017
Xəbər lenti
Bütün xəbərlər