KANAL24.AZ
Az Iw En Ru

Nənə və nəvəni maşın vurdu - Ölən var

Bakının Binəqədi rayonunda iki nəfərin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

Yolu keçmək istəyən 1940-cı il təvəllüdlü Əmirova Nargül Mail qızı və 2003-cü il təvəllüdlü Əmirov Qorxmaz Baloğlan oğlunu minik avtomobili vurub. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. N.Əmirova həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.

Hadisəni törədən sürücü Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Fakt araşdırılır.


16:14 01.06.2017
Xəbər lenti
Bütün xəbərlər