KANAL24.AZ
Az Iw En Ru

İsraildə zəlzələni qabaqcadan xəbərdarlıq edən sistem yaradılacaq

Yaxın yarım il ərzində İsraildə zəlzələni qabaqcadan xəbərdarlıq edən sistem yaradılacaq.

Kanadanın "Nanometriks"şirkəti Ölü dəniz, Karmeliyanın şimal ərazisində və İordan çayı vadisində ən seysmik rayonlarda erkən xəbərdarlıq şəbəkə sistemlərinin yaradılması üçün keçirilən beynəlxalq müsabiqədə, 120 erkən xəbərdarlıq stansiyası arasında qalib seçilib.Haareç qəzeti yazır ki, söhbət təkrar yeraltı təkanların xəbərdarlığından gedir-ilk təkanları proqnozlaşdırmaq mümkün deyil.Kanada şirkəti tərəfindən yaradılan sistem unikal sensorlar və ilk zəlzələ təkanları haqqında xəbərdarlıq mərkəzindən ibarət bir sistemdir.Məlumata əsasən, sistem təkrar təkanların baş verəcəyini 10 -30 sanıyə əvvəl xəbərdarlıq edir.Xəbərdarlıq 2 mərkəzə çatdırılır ki, onlardan biri də Yerüssəlimdə Geologiya İnstitutudur.Buradan dərhal əhaliyə xəbər veriləcək ki bu bir neçə saniyə ərzində vətəndaşlar təhlükəsiz yerlərə keçə bilsin və ya binaları tərk etsinlər.

İlk olaraq sistem şəbəkələrini məktəblərdə, yaşayış infrastrukturlu yerlərdə və işıq stansiyalarında quraşdırılacaq.Bu sistem şəbəkələrinin yaradılmasına hələ 5 il əvvəl razılıq verilmişdir. Müsabiqənin təşkilatçılığı ilə Geologiya institunun daxil olduğu Milli İnfrastrukturlar Nazirliyi məşğul olurdu.Seçki komitəsinə İsrail mütəxəssisləri və xarici seysmoloqlar daxil idi.Layihənin dəyəri 35milyon şekeldir.Mövcud olan və seysmik monitorinq stansiyaları fəaliyyətdə olan layihənin təxminən yarısı Kanada mütəxəssisləri tərəfindən təkmilləşdiriləcək.


19:55 30.05.2017
Xəbər lenti
Bütün xəbərlər