KANAL24.AZ
Az Iw En Ru

Mokvada "Yerüssəlim günü" qeyd edildi

Mayın 28-də Rusiya yəhudi konqresi və Moskva yəhudi icması Mıtişi şəhərinin yəhudi icması mərkəzində Yerüssəlim günü bayramını qeyd ediblər.

"Yerüssəlim günü" bayramı xalqımız üçün xüsusi bayramdır, çünki Yerüssəlim şəhəri özü bizim xalqımız üçün xüsusidir.Düz 50 il əvvəl şəhərimiz azad olaraq vahid şəhər oldu, Fəryad Divarları yenidən xalqımızın müqəddəs ziyarət yerinə çevridi "-deyə Rusiya ravvini Berl Lazar tədbirdə çıxış edib. "İnterfaks" məlumat verir ki, Rusiya yəhudi konqresinin prezidenti Yuriy Kanner Yerüssəlimi heç bir siyasi baxışlardan, heç bir dini ənənələrdən və yaşayış tərzindən asılı olmayaraq Yəhudi xalqına məxsus bir şəhər adlandırıb.Bayramda həmçinin, İsrailin Rusiyadaki səfiri Harri Koren, "Djoint"xeyriyyə fondunun direktoru Alik Nadan, Moskva valisinin sədr müavini Elmira Xaymurzina da iştirak ediblər.Qonaqlar üçün Yerüssəlimin tarixi və mədəniyyəti ilə tanışlıq təşkil olunub, yəhudi milli musiqiləri ifa olunub və müxtəlif müsabiqələr keçirilib


19:52 30.05.2017
Xəbər lenti
Bütün xəbərlər