KANAL24.AZ
Az Iw En Ru

İsrail knessetində Fələstinin terrorçulara ayırdığı illik məbləğ müzakirə olundu

Ehtiyyat tağım generalı Josef Kupervaser kneset deputatlarına Fələstinin terrorçulara ayırdığı illik məbləğlər haqqında məlumat verib.

Mayın 29-da parlamentin xarici işlər və müdafiyə komissiyası Fələstində İsrailə qarşı təbliğ olunan nifrəti müzakirəyə qoyub.İclası komissiyanın sədri Avi Dixter acıb.Josef Kupervaser 2015 ci ildə Fələstin hökuməti terrorçu ailələrinə maddi yardım adı ilə , həmçinin İsrail həbsxanalarında olan məhbuslara 1,15 milyard şekel ödəyib."Reşet Bet" radiosunun verdiyi məlumata görə, Fələstin son 4 il ərzində orta hesabla terrorçulara və onların ailələrinə hər il milyardlarla şekel ödəyir. General deyib ki, "Fələstin bu hərəkətinə görə tənqidlərə uğradıqdan sonra, xüsusi ödəniş fondu vasitəsindən istifadə etməyə başlayıb".Onun sözlərinə görə, bütün bu fəaliyyətlər heç biri gizli deyil və qanunvericilik səviyyəsində təmin olunur. General əlavə edib ki, məhbusların müavinəti həbs müdətinə görə hər ay artır, 30 il həbsxanada yatmış məhbusun aylıq müavinəti 12 min şekeldir.

Terroristlər azadlığa çıxdıqdan sonra dövlət qulluqçusu kimi xidmət göstərməyə başlayır.Məhbusluq müddətinə uyğun olaraq hərbi rütbə ilə də təltif olunurlar .Bunun Fələstin höküməti terroristlərin ailələrinə sosial yardım olduğunu iddia etsə də, əslində bu əmək haqqıdır, orada çox az ailənin iqtisadi sosial yardıma ehtiyacı vardır. General qeyd edib ki, ABŞ və İsrail neçə illərdir bu məsələyə məhəl qoymayıb, yalnız indi diqqət ayırmağa başlayıb. Xatırladaq ki, əvvəl bir çox xəbər portalları yazdı ki, ABŞ prezidenti Tramp Fələstindən bu ödənişi dayandırmağı tələb edib, lakin Fələstin lideri Mahmud Abbas bunu qəbul etməyib.O deyib ki, Fələstinin terrorçuların pulunu kəsməsi, İsrailin əskərlərinin pulunu kəsmək kimi bir şeydir .


19:40 30.05.2017
Xəbər lenti
Bütün xəbərlər