KANAL24.AZ
Az Iw En Ru

Moskvada qasırğa: ölənlərin sayı 16 nəfərə çatdı - VİDEO

Dünən Rusiyada leysan yağışla müşayiət olunan qasıqğa 16 nəfərin ölümünə səbəb olub.

Ümüumilikdə 170 nəfərin zərər çəkdiyi hadisədə 108 nəfər ağır vəziyyətdə xəstəxanalara yerləşdirilib. Xəsarət alanlardan 22 nəfəri azyaşlı uşaqlardı.

Moskvanın Səhiyyə Departamentinin rəhbəri Aleksey Xripunun rəsmi açıqlamasında qasırğanın sürətinin saniyədə 16 metrə çatdığı bildirilib.

Xəstəxanaya yerləşdirilən insanlara müxtəlif sınıqlar, onurğa və kəllə-beyin travmaları ilə diaqnoz qoyulub.

Departamentdən bildirilib ki, zərərçəkənlərin tibb müəssilərinə müraciətləri davam edir.


19:29 30.05.2017
Xəbər lenti
Bütün xəbərlər