KANAL24.AZ
Az Iw En Ru

Maliyyə Bazarlarına Nəzarət Palatası kapitallaşma problemi ilə üzləşən 5 bankı nəzarətə götürüb

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) kapitallaşma problemi ilə üzləşən 5 bankı nəzarətə götürüb.

 bu barədə MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı mayın 30-da Bakıda “İqtisadi islahatlar: Əldə edilmiş nəticələr və tövsiyələr” mövzusunda keçirilən konfransda məlumat verib.

“Son illər 11 bank sistemdən kənarlaşdırılıb. Təxminən 26 bankdan 12-də əhəmiyyətli kapitallaşma aparılıb. Beş bank “watch list”ə daxil edilib və nəzarət altındadır. Həmin bankların kapitallaşma proqramı bu ilin ortalarınadək icra edilməlidir", - deyə R.Aslanlı qeyd edib.


18:58 30.05.2017
Xəbər lenti
Bütün xəbərlər