KANAL24.AZ
Az Iw En Ru

Maşın piyada zolağında məktəblini vurdu

Kanal24 xəbər verir ki,may ayının 25-də saat 20:17 radələrində Bakı şəhərində  piyadanın xəsarət alması  ilə nəticələnən yol qəzası baş verib. Hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb.

Belə ki, 250 saylı orta məktəbin 5-ci sinfində oxuyan Hüseynova Nəzrin  Elçin qızı yolu keçərkən piyada zolağı  üzərində BMV markalı avtomobil tərəfindən vurulub.Sürücü  hadisə yerindən qaçıb.Yaralı dərhal Respublika Neyrocərrahiyyə Xəstəxanasına  çatdırılıb.Baş həkimin köməkçisinin əməkdaşımıza verdiyi məlumata görə xəstənin vəziyyəti ağırdır.Hazırda uşaq belə demək olarsa ölüm-dirim mübarizəsi aparır.

Hadisə ilə bağlı Nizami rayon 24-cü polis bölməsi araşdırma aparır.

 

 


19:57 26.05.2017
Xəbər lenti
Bütün xəbərlər