KANAL24.AZ
Az Iw En Ru

Daha bir intihar

Qusar rayonunda intihar hadisəsi baş verib.

Hadisə mayın 25-də axşam saatlarında rayonun Çağar Qışlaq kəndində qeydə alınıb. Kənd sakini, 1984-cü il təvəllüdlü Əhmədov Mahir Məbulla oğlu özünü yaşadığı evin həyətindəki talvardan asaraq intihar edib.

M.Əhmədovun ruhi xəstə olduğu bildirilir.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

18:48 26.05.2017
Xəbər lenti
Bütün xəbərlər