KANAL24.AZ
Az Iw En Ru

Mingəçevir su anbarında adam batdı

Mingəçevir su anbarında bir nəfər batıb.

Fövqəladə Hallar Nazirliyinin saytı xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir su anbarının, Yevlax rayonu, Xanabad kəndi ərazisində 1 nəfərin batması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və vətəndaşın axtarışlarına başlanılıb.

Əlavə məlumat veriləcək.


03:05 26.05.2017
Xəbər lenti
Bütün xəbərlər