KANAL24.AZ
Az Iw En Ru

Ramazan ayı mayın 27-də başlayır - Fitva

Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının başlanması ilə bağlı fitva verib.

Fitvada bildirilir ki, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının bu ilki hesablamalarına əsasən, ölkə ərazimizin üfüqünə uyğun olaraq Ramazan ayının 1-i Ayın görünməsi ilə miladi təqvimlə 27 may 2017-ci ilə təsadüf edəcək. Ayın göründüyü andan etibarən Ramazan ayı başlayacaq.

Qeyd edək ki, Ramazan ayının ilk Qədr gecəsi (əhya) iyunun 13-də olacaq. Növbəti Qədr gecələri isə iyunun 15-nə, 17-nə, sonuncusu isə 21-nə təsadüf edəcək. Ramazan bayramı isə iyunun 26-da qeyd olunacaq.

Qafqaz Müsəlmanları İdarəsinin tərtib etdiyi Ramazan təqvimini təqdim edirik:


19:05 24.05.2017
Xəbər lenti
Bütün xəbərlər