KANAL24.AZ
Az Iw En Ru

Kəbirə Məmmədovanın bacısının evi yandı: ölən var

Bakıda yaşayış evində baş verən yanğında xəsarət alan şəxs 5 gün sonra xəstəxanada ölüb.

Mayın 19-da Şağan qəsəbəsində Səbirə Məmmədovaya məxsus evdə yanğın baş verib. Yanğın nəticəsində evdə mühafizəçi işləyən, 41 yaşlı Natiq Cabbarov yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, N. Cabbarov ötən gün xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Polisdən həmçinin bildirilib ki, S. Məmmədova sahibkar qadın Kəbirə Məmmədovanın bacısıdır.


17:50 24.05.2017
Xəbər lenti
Bütün xəbərlər