KANAL24.AZ
Az Iw En Ru

İstanbulda tutulan azərbaycanlı İŞİD-çi hansı rayondandı? - TƏFƏRRÜAT

Türkiyədə terror törətməyə çaləşan İŞİD-çi Əbu Hüseyn Ravil oğlu Cəlilov terror qruplaşmasına qoşulmazdan əvvəl qonşu Dağıstan Respublikasının Mahaçqala şəhərində  tikintidə işləyib. Evlərinə az -az gəlib və əsasən tikintidə fəhləliklə dolanıb. 
 
Bu barədə Qusar İcra Hakimiyyətinin başçısının Yasab İƏD üzrə nümayəndəsi Asif Quliyev İstipress-ə məlumat verib. Onun sözlərinə görə, Yasab kəndində hamı o ailəni və Hüseyni sakit biri kimi tanıyıb. Çox güman ki, o İŞİD-ə Dağıstanda işləyərkən qoşulub. Təxminən 3 ay əvvəl o, pasport rejimini pozduğuna görə qonşu Rusiyadan Azərbaycana deportasiya edilib. Daha sonra bir müddət kənddə və  qaynatasıgildə yaşayıb. 
 
Asif Quliyev bildirib ki, Hüseyn Cəlilovu atası evdən qovub, bir neçə gün qaynatasıgildə yaşayandan sonra - aprelin 10-da evdəkilərə Qazaxıstana getdiyini deyib və Qusarı tərk edib. 
 
"Əslində o, Qazaxıstana yox, terror üçün Türkiyəyə gedirmiş" deyən Asif Quliyev onun ailəsini də aldatdığını bildirib. İcra nümayəndəsi onun bu hərəkətinin Yasab kəndində ciddi pislənildiyini söyləyib və gənclərin bu yola düşməsini yolverilməz adlandırıb.
 
"Qayraninfo" xatırladır ki, Hüseyn Cəlilov İstanbulda saxlanılıb. O, peşmanlıq qanunundan yararlanmaq istədiyini bildirib və İŞİD üzvü olduğunu etiraf edib. Azərbaycanlı İŞİD-çi Ankaraya iki terrorçu apardığını və onların terror aktına hazırlaşdığını deyib. Bundan sonra paytaxtda əməliyyat keçirən polis hər iki terrorçunu öldürüb. Onlar hakim Ədalət və İnkişaf Partiyasının (AKP) konqresində terror aktı törətmək istəyirmiş.

22:11 23.05.2017
Xəbər lenti
Bütün xəbərlər