Rusiyanın Türkiyədəki yeni səfirinin adı məlum olub.
Dövlət Duması Xarici İşlər Nazirliyinin departament başçısı Aleksey Yerexovun səfir postuna namizədliyini təsdiqləyib.
Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov 2016-cı il dekabrın 19-da Ankarada fotosərginin açılışında qətlə yetirilib.