KANAL24.AZ
Az Iw En Ru

Cəhənnəmin qapısı tapıldı - Türkiyədə

İtalyan arxeoloqlar Türkiyədə apardıqları qazıntılar zamanı qədim Roma və Yunan mifologiyasında cəhənnəmə keçid qapısı olduğu düşünülən qapı tapdıqlarını açıqlayıblar.
 
Tarixi mənbələrə görə, antik Frigiyalı şəhəri Hierapolisdə (indiki Pamukkalə) olan bu qapı öldürücü qazlar ilə dolu bir yerə açılır.
 
Yunan coğrafiyaçısı Strabon həmin qapı ilə bağlı bunları yazıb: "Bu sahə çox dumanlı və sıx bir buxarla doludur, bənzərini haradasa görə bilməzsiniz. İçəridən keçən hər bir heyvan anındaca ölümlə üzləşir. İçinə sərçə atmışdım, son nəfəslərini alaraq öldülər ". 
 
 
 
Bu tapıntı 2013-ci ildə İstanbulda keçirilən bir konfransdakı bəyanatda Salento Universitetinin klassik arxeologiya professoru olan Françesko Dandrianın rəhbərlik etdiyi bir qrup tərəfindən aparılıb.
 
Dandria Ümumdünya İrsi siyahısındakı Hierapolisdə çox geniş arxeoloji tədqiqatlar aparıb. İki il əvvəl İsa Məsihin 12 məktubdan biri olan Sent Filipin də məzarını burada tapdığını iddia edib. Dandria Discovery Newse verdiyi müsahibədə bunları deyib: "Ərazinin qaynağını təqib edərək bu mağara tapdıq. Belə ki, məşhur ağ traverten meydançalarını istehsal edən Pamukkalə daşları bu mağaradan qaynaqlanır".
 
 
 
Dandria mağaranın üzərində yerləşdirilmiş bir məbəd, hovuz və bir sıra pilləkən qalıqlarını tapıb. Hamısını qədim mənbələrlə eyniləşdirib: "İnsanlar bu pillələrdən müqəddəs mərasimləri izləyə bilərdilər, ancaq açılış sahəsinə girə bilməzdilər. Məbədin önündə yalnız keşişlər ayaqda qala bilərdi".
 
 
 
 
Arxeoloqa görə, regionda bir turist təşkilatı da olub. Zəvvarlara mağaranın ölümcül təsirlərini sınamaq üçün kiçik quşlar verilirmiş, keşişlər hələ də Plutonlara qurban edilirmiş. Mərasimə heyvanları mağaraya aparmaq və onları ölümə sürükləmə daxil imiş.
 
 
 
Dandria tədqiqat qrupu ilə birgə indi ərazinin yenidən qurulması üzərində çalışır.

03:24 13.05.2017
Xəbər lenti
Bütün xəbərlər