KANAL24.AZ
Az Iw En Ru

İsrailin liman şəhəri TƏL-ƏVİV

 Aralıq dənizi sahilində liman şəhəri olan Təl-Əviv İsrailin mühüm iqtisadi və mədəniyyət mərkəzi  sayılır. Əhalisi 390,100 nəfərdir.

Yaxınlığında Ben-Qurion beynəlxalq aeroportu var. İqlimi subtropik Aralıq dənizi tiplidir. Orta temperatur yanvarda 12 °C, iyulda 25 °C-dir. Şəhərin əsası 1909-cu ildə qoyulmuş, İsrail dövləti yarandıqdan (1948) sonra onun paytaxtı olmuşdur.

1950-ci ildə paytaxt Qüdsə köçürülmüşdür. Təl-Əviv şotlandiyalı memar P. Geddesin tərtib etdiyi baş plan əsasında tikilmişdir. Hal-hazırda Təl-Əviv ən çox turit qəbul edən İsrail şəhəridir.Mülayim iqlimi,gözəl təbiəti ilə mühüm iqtiadi mədəniyyət mərkəzi olan bu şəhər çimərlikləri ilə daha məşhurdur.


02:32 13.05.2017
Xəbər lenti
Bütün xəbərlər