KANAL24.AZ
Az Iw En Ru

İsraili daha da gözəlləşdirən "SİQALON"-yasəmən gülü

Bənövşəyi çiçəkli ağac-Jakaranda.

İsrailin özünəməxsus yasəmən ağacı-Jakaranda adlanır.Bu ağac ölkənin şimalında artıq çiçəkləməyə başlayıb.Bənövşəyi rəngli çiçəkli bu ağaclar may ayından iyun ayınadək çiçəkləyir.Ağaclar əsasən bulvar boyunca, parklarda sırayla əkilir ki, bu da çiçəkləmə dövründə gözəl görünüş yaradır.Bənövşəyi çiçəklər mavi səma fonunda-çox gözəl mənzərədir.Əbəs yerə bu ağacı bənövşə ağacı adlandırmırlar.İvrit dilində bu ağac "siqalon", yəni "yasəmən"adlanır. (Seqol-bənövşəyi rəng deməkdir ). Jakarondanın 50yə yaxın cinsi var .Tropik ölkələrdə bu bitkilərə çox rast gəlinir.Bitkinin vətəni də Braziliya sayılır.Avstraliyalılar da bu ağacı özlərinin sayırlar, çünki onlarda bu ağaca inam var.Adətən uşaq dünyaya gələndən sonra onlar jakaranda əkirlər.Orada bu ağac oktyabr-noyabr aylarında çiçəkləyir, bu da tələbələrin imtahan vaxtına təsadüf edir .Tələbələr arasında belə bir inam var ki, əgər bu güllərdən kimin başına düşərsə demək ki imtahan uğurla keçəcək. Başqa ölkələrdə Jakarandanın çiçəklənməsi yazın gəlişini, İsraildə isə yayın gəlişini göstərir.


23:30 12.05.2017
Xəbər lenti
Bütün xəbərlər