KANAL24.AZ
Az Iw En Ru

Terrorçu Nəsrullah -"İsrail göründüyü kimi güclü deyil"

Bu gün "Hizbullah" lideri Nəsrullah bəyan edib ki, İsrail onun qruplaşması ilə münaqişədən qorxur, bu halda mübarizə onun ərazisində gedəcək.

"Harec"portalı xəbər verir ki, bu çıxışı Nəsrullah öz əməkdaşlarından biri olan Mustafa Bədrə əd-Dinanın ildönümü münasibətilə keçirilmiş mərasimdə edib .Lider həmçinin İsrail rəhbərliyinin Livan sərhədlərinə yeni hasar çəkəcəyinə dair qərardan da danışıb.-"Livan və Qəzza sərhədlərinə çəkilən hasarların arxasında gizlənən İsrail göründüyü kimi güclü deyil, çünki o 10 ildir ki bizi müharibəylə təhdid edir, lakin bunu etmir"-deyə terror rəhbəri bildirib.O Suriyadaki müharibə məsələsinə də toxunaraq, artıq onun qruplaşmasına orada ehtiyac olmadığını söyləyib."-Bizim orda missiyamız tamamlanmışdır, çünki, o sərhədlər artıq Livan ərazisinə daxildir və Livan ordusunun nəzarəti altındadır "-deyib.O, həmçinin "ABŞ və Fars körfəzinin bəzi ölkələrinin üsyançı qrupları Suriyada Esed rejiminə qarşı mübarizə aparmaq əvəzinə, Suriyada etnik təmizləmə işləri aparırlar."-əlavə edib .


23:14 12.05.2017
Xəbər lenti
Bütün xəbərlər