KANAL24.AZ
Az Iw En Ru

Ölən qızlarının meyidini 11 gün evdə saxladılar

İlngiltərədə yaşayan James və İlse Fieldsend qızları 7 yaşındakı Gürcüstan ilə Misir tətilinə çıxıblar. 
 
Ailə ölən qızlarını 11 gün evlərində saxlayıblar. Tətildə hər şey qaydasında gedərkən qəfildən 7 yaşlı Georgiya xəstələnir və təcili xəstəxanaya yerləşdirilir. Həkim nəzarətinə alınan Georgiaya beyin qanaması diaqnozu qoyulur. Ailə qızlarını Misirdən qaytararaq İngiltərədəki xəstəxanalardan birinə yerləşdirsələr də çox təəsüf ki, azyaşlının həyatını xilas etmək mümkün olmur. Ailə Georgiyanın orqanlarını bağışlayaraq altı nəfərin yaşamasına səbəb olur. Bundan sonra qızlarının meyidini evə gətirən ailə onu 11 gün evdə saxlayaraq öz paltarlarını və ayaqqabılarını geyindirirərək otağındakı çarpayısında yatırırlar. 
Qızlarının sanki ölmədiyini düşünən ailə hər gün onun otağına gələrək ona nağıllar danışır. 
Anası İlse yaşadıqlarını belə danışıb: “Üzü ağardı və saçlarını yudum. Əllərini kremlə masaj etdim. Dəfndən bir gün öncə onu öz yatağımıza gətirdik. Dəfn günü mən və həyat yoldaşım soyunduq. Onun qoxusunu hiss etmək istəyirdik. Sonra tabuta birlikdə yerləşdirdik. Cənazəni yandırmağa aparanda son kəz onu öpdüm”. 
 
Xatırladaq ki, hadisə 2013-cü ildə baş verib. İlsenin illər sonra mətbuata açıqlama verərək etiraf etməsi aləmi bir-birinə qatıb.

22:56 12.05.2017
Xəbər lenti
Bütün xəbərlər