KANAL24.AZ
Az Iw En Ru

Trampın təyyarəsi partlayacaqmış

Amerika prezidentinin təyyarəsində onu təmir edən “Boinq” şirkətinin üç mexaniki ucbatından uçuş zamanı yanğın riski yaranıb.

Bu barədə informasiyanı BBC yayıb. Nasazlıqlar keçən ilin 1-10 aprel arasında aparılan texniki yoxlamalardan sonra meydana çıxıb.

Yoxlamalar zamanı mexaniklər oksigen ötürülməsini təmin edən sistemdə işi çirkli alətlərlə aparıblar. Bu isə alətlərin çirkinin oksigenlə reaksiyaya girməsi və partlayışa səbəb olması ehtimalı yaradıb. Nəticədə təyyarəyə 4 milyon dollar zərər vurulub.

“Boinq” şirkəti təmir xərclərini tam ödəyib.


19:39 12.05.2017
Xəbər lenti
Bütün xəbərlər