KANAL24.AZ
Az Iw En Ru

Gözlərinin rəngini dəyişən məşhur 150 əməliyyat keçirdi

Özlərini "Barbie" personajına bənzədən qadınlardan sonra Londonda yaşayan braziliyalı Rodriqo Alves də bu arzuya düşüb. Üzündə və bədənində 150-yə yaxın plastik əməliyyat keçirən Rodriqo bu dəfə gözlərinin rəngini dəyişib.

Rodriqo görmə qabiliyyətini itirə biləcək riskli əməliyyatı Hindistanda gerçəkləşdirib.

Bu əməliyyat çox az ölkədə keçirilir. Gözlərdə anadangəlmə qüsur və ya görmə problemi olduğu halda gerçəkləşdirilir. Əməliyyat zamanı 2,8 mm-lik kəsik açılaraq gözə müdaxilə olunur.

İngiltərəli həkimlər heç bir halda bu riskli əməliyyata girməyi tövsiyyə etməsə də, Rodriqo bu əməliyyatı sadəcə gözlərinin rəngini dəyişdirmək üçün edib.

Əvvəl tünd qonur rəngdə olan gözlər indi açıq mavi rəngdədir. Həkimlərin sözünə görə bütün risklərə rəğmən əməliyyat uğurlu keçib. 


19:28 12.05.2017
Xəbər lenti
Bütün xəbərlər