KANAL24.AZ
Az Iw En Ru

Tramp Avropaya gəlir – 1000 nəfərlik komanda ilə

ABŞ Prezidenti Donald Tramp Brüsseldəki NATO sammitinə 1000 nəfərlik nümayəndə heyəti ilə qatılacaq.

Bu barədə informasiyanı Belçika mətbuatı yayıb. Trampın Brüsselə mayın 24-də gecə saatlarında gələcəyini bildirilib.

“Mayın 25-də Tramp Belçika kralı Filiplə görüşəcək. Daha sonra o, Baş nazir Şarl Mişelin qəbulunda olacaq. Mayın 25-i axşam onun təyyarəsi Siciliyaya yollanacaq. Tramp burada Böyük Yeddilik ölkələrinin sammitində iştirak edəcək”.


18:20 12.05.2017