Son zamanlar Uçan Naməlum Obyektləri (UNO) görənlərin sayı artır. Dünyanın hər yerindən UNO-ların olduğu foto və ya videolar paylanır.Amma mütəxəssislər deyirlər ki, əslində onların hamısı heç də yadplanetlilərin hava nəqliyyatı deyil.
Onlar casus-təyyarələr adlanır ki, bir ölkə digərinə göndərir. Sadəcə formasına görə adi insanlar onları başqa planetdən gəlmiş kimi anlayırlar.