KANAL24.AZ
Az Iw En Ru

Ağrıkəsicilər infakta səbəb olur

Yüksək doza ağrıkəsicilər infakta səbəb olur.

Alimlər apardıqları araşdırma nəticəsində belə qənaətə gəliblər.

Bunun üçün Kanada, Finlandiya, İngiltərədə yaşayan 446763 nəfərin sağlamlıq məlumatları incələnib. Araşdırmada resept əsasında ağrıkəsici qəbul edən insanların sağlamlıq vəziyyəti öyrənilib. Belə qənaətə gəlinib ki, infakt riskinin ən yüksək olduğu vaxt ağrıkəsicilərin istifadə edildiyi ilk 30 günə təsadüf edir.

Reseptlə yazılan ağrıkəsicilərin hələ ilk həftədən infakt riskini artırdığı və xüsusən də, ilk bir ay ərzində ən yüksəık səviyyəyə qaldırdığı müəyyən edilib.

Bütün bu araşdırmalara baxmayaraq, alimlər hələ də ağrıkəsicilərlə infakt arasında birbaşa əlaqənin olduğunu dəqiq şəkildə ifadə etməkdə çətinlik çəkirlər.


06:56 12.05.2017
Xəbər lenti
Bütün xəbərlər