KANAL24.AZ
Az Iw En Ru

“ABŞ-sız mümkün deyil” - Moskvadan ETİRAF

Suriyada təhlükəsizlik zonaları üzrə məsələlərin konkret müzakirəsi Astana danışıqlarında ABŞ və İordaniyanın iştirakını tələb edir.

Bu haqda “RİA-Novosti” agentliyinə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib.

Boqdanov qeyd edib ki, hazırda işçi qrup yaradılır. İşçi qrupuna daxil ediləcək hərbçilər və xəritə üzrə ekspertlər təhlükəsizlik zonalarının sərhədlərini dəqiq müəyyən edəcək.

Xatırladaq ki, Suriyada atəşkəsin qarantı olan ölkələr - Rusiya, Türkiyə və İran mayın 4-də Suriyada təhlükəsizlik zonalarının yaradılması haqqında memorandumu imzalayıblar. Dəməşq sənədi dəstəkləyib.


03:04 12.05.2017
Xəbər lenti
Bütün xəbərlər