KANAL24.AZ
Az Iw En Ru

"Yəhidilər olmasa Avropa Avropa deyil"-Frans Timmermans

Avropa komissiyasının vitse-prezidenti Frans Timmermans mayın 9da Amsterdamda keçirilən Avropa alimlər konfransının qonağı olub .

Bu haqda mayın 10da "Aruç-7" məlumat verib.Konfransda çıxış edən Timmermans Avropada hər 5 yəhudidən biri söz və fiziki cəhətdən zorakılığa məruz qaldığını söyləyib ."Avropa yəhudilərə yaxşı davranmalıdır, bu cür təzahürləri aradan qaldırmalı, birlik olub "antisemitizm"ə qarşı mübarizə aparmalıdır.Bizə verilən məlumatlardan görürük ki, Avropa son 10 il ərzində 600min yəhidi itirib."Yəhidilər olmasa Avropa Avropa deyil"-vitse-prezident deyib.

O, konfrans zalında olanlara müraciət edib ki, bütün baş verən antisemitizm halları haqqında ona məlumat verilsin.O qeyd edib ki, 2014cü ildə Lissabon Sazişinin qəbul etdiyi "antisemitizm"ə qarşı mübarizə qərarını yerinə yetirməyən hər hansı bir Avropa ölkəsini nəzarət altına almaqda Aİ tam hüquqa malikdir. "Biz yəhudi vətəndaşların dini azadlıgını məhdudlaşdıran qanunlara yol verməməliyik .Mənim haqqımda mənim yəhudi olduğumu söyləyirlər, onu deyə bilərəm ki, bəli baxmayaraq ki, mən katolikəm, amma ümumi insani cəhətdən mən yəhudiyəm ."-deyə Timmerman bəyan edib.

O bir daha vurğulayıb ki, "Avropa yəhudi icması olmadan Avropa  Avropa deyildir ".


20:44 11.05.2017
Xəbər lenti
Bütün xəbərlər