KANAL24.AZ
Az Iw En Ru

Saar:-"Mərmərə"-yə görə üzr istəmək səhv addım idi

Bu yaxınlarda böyük siyasətə qayıtdığını elan eden İsrailin keçmiş daxili işlər naziri  Qideon Saar Türkiyə ilə olan münasibətlərdən danışıb.

" Maariv" nəşrinin verdiyi xəbərə görə 103 FM radiosuna müsahibə vererkən nazir bildirib ki,onlar  məlum "Mavi Mərmərə" hadisələrinə görə Türkiyədən üzr istəməklə və kompenasiya ödəməklə böyük səhvə yol veriblər.

Söhbət 2010-cu ilin may ayının sonlarında baş verən hadisələrdən gedir.O zaman İsrail xüsusi təyinatlıları onlara hücum edən bıçaq və baltalarla silahlanmış  türk "sülh fəallarının " 10-nu zərərsizləşdirmişdi.

"Kursorun" məlumatına görə o zaman Ərdoğan  "İraillilərin fələstinlilərə qarşı cinayət"ini vaxtından əvvəl qınamışdı.Türkiyə Prezidenti vurğulamışdı ki,"İsrail dəniz kənarında  oynayan uşaqları öldürür və onların bu siyasətinin qarşısını alacaq  heç bir qüvvə yoxdur" demişdir.

Türkiyə prezidentinin bu çıxışına İsrail hökümətindən kəskin reaksiya gəldi.

"Kim ki öz ölkəsində həmişə insan haqqlarını pozur  bizim kimi regionda yeganə demokratik ölkə haqqında danışmağa haqqı yoxdur"deyə İsrail prezidenti bildirdi.


18:58 09.05.2017
Xəbər lenti
Bütün xəbərlər